Atletiko nun heyətində ciddi itki

24.01.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Antuan Qrizmann sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu komandanın məşqi zamanı sol ayaq əzələsindən zədələnib. 34 yaşlı forvardın yaşıl meydanlara qayıdış tarixi müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью