Atletiko onun transferini bitirir

19.06.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Atletiko" onun transferini bitirir

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

QOL.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Leverkuzen "Bayer"inin müdafiəçisi Aleks Qrimaldo karyerasını Madrid təmsilçisində davam etdirməyə yaxındır.

Mənbənin iddiasına görə, 30 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtləri artıq razılaşdırılıb. Hazırda klublar arasında transferin maliyyə detalları müzakirə olunur.

Bildirilir ki, Leverkuzen təmsilçisi ispaniyalı müdafiəçinin keçidi üçün 12 milyon avro tələb edir. Tərəflərin qısa müddətdə yekun razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, Aleks Qrimaldo 2023-cü ildən "Bayer"də çıxış edir. İspaniya millisinin üzvü ötən mövsüm bütün turnirlərdə keçirdiyi 48 oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью