“Atletiko” onun üçün 34 milyon avrosundan keçdi

25.07.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Feyenoord”dan David Hantskonu transfer eib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Atletiko” transfer üçün “Feyenoord”a 34 milyon avro ödəyəcək. Müdafiəçi Niderland təmsilçisində 140 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.

Hantsko Slovakiya millisinin də üzvüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью