“Atletiko” qalib gəldi, Simeone tarix yazdı: 345 ci qələbə

23.11.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasında yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, argentinalı mütəxəssis çempionat tarixində ən çox qələbə qazanan baş məşqçi olub.

Simeone bu uğura La Liqanın XIII turunda “Atletiko Madrid”in səfərdə “Xetafe”ni 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada nail olub.

Bu, 56 yaşlı mütəxəssisin İspaniya çempionatında 345-ci qələbəsi olub. O, 344 qələbəsi olan Luis Araqonesi geridə qoyaraq mütləq rekordçuya çevrilib.

Simeone bu göstəriciyə 567 matçda nail olub. Onun rəhbərliyi altında Madrid təmsilçisi 345 qələbə qazanıb, 123 dəfə heç-heçə edib və 99 görüşdə məğlub olub.

Qeyd edək ki, “Atletiko Madrid”in “Xetafe” üzərində qələbəsində qolları Aleks Baena, Conni Kardoso və Alexandro Qrimaldo vurublar.

2011-ci ilin dekabrından “Atletiko Madrid”ə rəhbərlik edən Simeone komanda ilə iki dəfə İspaniya çempionu olub.

“Sumqayıt”ın rekordu, Sabirabadın uğuru: Danışır rəqəmlər Azərbaycan millisi FIFA reytinqində gerilədi – Türkiyə də 4 pillə itirdi “Kəpəz”in "heç-heçələri" – 150-ci dəfə “Sabah” 3 xalla qeyd etdi – Premyer Liqada 250-ci oyun “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью