Atletiko Qrizmannın müqaviləsinin müddətini uzatdığını açıqlayıb

02.06.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Atletiko" klubu futbolçusu Antuan Qrizmannın müqaviləsinin müddətini uzadıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Anlaşmaya əsasən, 34 yaşlı hücumçunun yeni sözləşməsinin vaxtı 2027-ci il iyunun 30-da başa çatacaq.

Qeyd edək ki, fransalı forvard başa çatan mövsümdə "Atletiko" forması ilə 53 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью