Atletiko Real ı məğlub etdi

20.09.2026

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün futbol üzrə İspaniya La Liqasında Madrid derbisi keçirilib. SİA xəbər verir ki, “Atletiko” 7-ci turda öz meydanında “Real”ı qəbul edib.

Oyun “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları meydan sahiblərindən Qrimaldo (53-pen.) və Conatan David (59), qonaqlardan Rudiger (89) vurublar. 52-ci dəqiqədə Dean Huijsen (“Real”) qırmızı vərəqə alıb.

Hazırda turnir cədvəlinə 7 oyundan maksimum nəticə göstərən “Barselona” başçılıq edir. Kataloniya təmsilçisinin 21 xalı var. “Atletiko” 16 xalla 2-ci, “Real” 15 xalla üçüncü yeri tutur.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью