Atletiko Real ın oyunçularından UEFA ya şikayət etdi

21.03.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Atletiko Madrid" "Real Madrid"in futbolçularının davranışları ilə bağlı UEFA-ya şikayət göndərib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb. 

Madrid komandası şikayətə "Kral klubu"nun futbolçularının qeyri-adekvat davranışı ilə bağlı 4 video əlavə edib. Həmin materiallarda Antonio Rüdigerin və Vinisius Juniyorun "Atletiko" azarkeşlərinə qıcıqlandırıcı jestlər göstərdikləri əksini tapıb. Həmçinin "Real"ın daha iki futbolçusu - Kilian Mbappe və Daniel Sebalyosun rəqibin azarkeşlərinə qeyri-etik hərəkətlər etdiyi videolar da göndərilib. 

Xatırladaq ki, "Atletiko" - "Real" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью