“Atletiko” rekordunu təkrarladı

25.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Atletiko” İspaniya Kubokunda “Marbella”nı məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, madridlilər bununla da ardıcıl 13-cü rəsmi oyunu qələbə ilə başa vurub. Bu, klub tarixinin rekord göstəricisidir.

“Atletiko”nun ardıcıl 13 qələbəsinin 7-si La Liqa, 3-ü kubok, 3-ü isə Çempionlar Liqası matçına aiddir.

Madrid təmsilçisi daha əvvəl 2012-ci ildə ardıcıl 13 oyunda qələbə qazanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью