Atletiko Romeronu heyətinə qata bilər

29.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

"Atletiko Madrid" "Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romeronun transferini başa çatdırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirməkdə maraqlıdır.

“Matrasçılar”ın rəhbərliyi transferi iyunun ortalarında başlayacaq Klublararası Dünya Çempionatına qədər həll etməyi planlaşdırır.

Madrid klubu 40-50 milyon avro təklif etməyə hazırdır, lakin "Spurs" təxminən 70 milyon avro istəyir.

"Transfermarkt" mütəxəssisləri Kristian Romeronun dəyərini 55 milyon avro qiymətləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью