Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 iyun, AZƏRTAC
İspaniyanın “Atletiko Madrid” klubu futbolçusu Koke ilə müqavilə müddətini uzadıb.
AZƏRTAC paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi daha bir il komandada çıxış edəcək.
Koke 2011-ci ildən “Atletiko Madrid”in əsas komandasının formasını geyinir.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm 44 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.