“Atletiko” türkiyəli futbolçu ilə maraqlanır

17.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Atletiko” klubu “Benfika”nın futbolçusu Kerem Aktürkoğlu ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Diario Gol” nəşri məlumat yayıb. Madrid klubu qış transfer dönəmində türkiyəli cinah oyunçusunu heyətinə qatmaq istəyir.

Kerem bu ilin yayında “Qalatasaray”dan “Benfika”ya keçib. O, Portuqaliya klubunda 5 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью