Atletiko UEFA ya Real dan şikayət etdi

21.03.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Atletiko" "Real"ın futbolçularının davranışları ilə bağlı UEFA-ya şikayət göndərib. 

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 

Madrid komandası şikayətə "kral klubu"nun futbolçularının qeyri-adekvat davranışı ilə bağlı 4 video əlavə edib. Həmin materiallarda Antonio Rüdigerin və Vinisius Juniyorun "Atletiko" azarkeşlərinə qıcıqlandırıcı jestlər göstərirlər. Həmçinin "Real"ın daha iki futbolçusu - Kilian Mbappe və Daniel Sebalyosun rəqibin azarkeşlərinə qeyri-etik hərəkətlər etdiyi videolar da göndərilib. 

Xatırladaq ki, "Atletiko" - "Real" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью