Atletiko Vilyarrealın futbolçusunu heyətinə qatmağa hazırlaşır

24.04.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Atletiko" klublararası dünya çempionatı başlamazdan əvvəl "Vilyarreal"ın sol cinah oyunçusu Aleks Baenanı heyətinə qatmağa hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Atletiko" 23 yaşlı ispaniyalının meneceri ilə əlaqə saxlayıb.

Hazırda futbolçunun transferi ilə bağlı “Atletiko” və “Vilyarreal” arasında rəsmi danışıqlar hələ başlamayıb.

Lakin Madrid klubunun yaxın vaxtlarda rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.

Baena bu mövsüm 28 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью