“Atletiko”da Ademola Lukman üçün səfərbərlik

07.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniyanın “Atletiko” klubunda Ademola Lukmanın uğursuz çıxışı məşqçilər heyətini və komanda yoldaşlarını hərəkətə keçirib.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, Madrid təmsilçisində nigeriyalı futbolçunun özünəinamını bərpa etməsi və əvvəlki formasına qayıtması üçün birgə səylər göstərilir.

Lukman son aylarda sabit çıxış edə bilmir və Dieqo Simeonenin rəhbərlik etdiyi komandanın əsas heyətindəki yerini itirib. Halbuki futbolçu yay tətilindən sonra kluba yüksək fiziki hazırlıqla qayıtmışdı.

Nigeriyalı hücumçu əvvəlcə mərkəz hücumçusu mövqeyində yaxşı təsir bağışlasa da, sonradan özünə daha doğma olan cinaha qayıtdıqdan sonra əvvəlki oyununu göstərə bilməyib.

Onun çətin dövrü UEFA Çempionlar Liqasında “Bavariya” ilə keçirilən qarşılaşmada da davam edib. “Atletiko”nun 0:2 hesabı ilə məğlub olduğu oyunda 59-cu dəqiqədə meydana daxil olan Lukmanın müdafiədəki səhvi rəqibin ikinci qoluna şərait yaradıb.

Bütün bunlara baxmayaraq, Madrid klubunda futbolçunun bacarığına və işinə münasibətinə inam qalır. Baş məşqçi Dieqo Simeone də nigeriyalı hücumçuya güvəndiyini açıq şəkildə ifadə edib.

Qeyd edək ki, Lukman 2026-cı ilin fevralında İtaliyanın “Atalanta” klubundan “Atletiko”ya transfer olunub. O, Madrid təmsilçisində ilk mövsümündə 24 qarşılaşmada doqquz qol vurub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью