“Atletiko”da derbi öncəsi şad xəbər

18.09.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Atletiko"nun hücumçusu Xulian Alvarez Madrid derbisində iştirak edə biləcək. Sport24.az xəbər verir ki, argentinalı futbolçu "Real"la qarşılaşmaya hazırlıq çərçivəsində komandanın ilk məşqində iştirak edib.

Son iki matçı buraxan Alvarez, son anda problem yaşanmasa, qarşıdakı bazar günü keçiriləcək derbidə meydana çıxa biləcək.

Bu, 27 yaşlı hücumçunun təxminən bir ay əvvəl "Vilyarreal"la oyundan sonra "Metropolitano"ya dönüşü olacaq. Həmin qarşılaşmada argentinalı futbolçu "Barselona"ya keçmək cəhdi ilə bağlı "Atletiko" azarkeşlərinin tənqidinə məruz qalmışdı. Madrid klubu isə belə bir niyyətin olduğunu əvvəldən qəti şəkildə təkzib etmişdi.

Qeyd edək ki, Pablo Barrios və Aleksandr Syorlot əzələ zədələri səbəbindən komandanın məşqində iştirak etməyiblər. Onların "Real"la derbidə oynamaq ehtimalı olduqca aşağıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью