Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Atletiko” “Barselona”nı FIFA-ya şikayət etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, buna Kataloniya klubunun müqaviləsi davam edən futbolçu ilə danışıqlar aparması səbəb olub.
Madrid təmsilçisinin baş direktoru Migel Anxel Gil Marin “Barselona”nı sərt tənqid edib:
“Barselona” bizə hörmət etmir. Onlar bizi kiçildə biləcəklərini, zəif və ya axmaq olduğumuzu düşünürlər. Bizə, futbolçuya, mediaya, hətta öz azarkeşlərinə belə yalan danışırlar.
Bizim məsuliyyətimiz “Atletiko”nun maraqlarını qorumaqdır. Buna görə də qoruma müddəti ərzində müqaviləsi davam edən futbolçu ilə görüşdüyü üçün “Barselona”dan FIFA-ya şikayət edəcəyik”.
Qeyd edək ki, söhbət “Atletiko”nun hücumçusu Xulian Alvarezdən gedir. Argentinalı futbolçunun adı son günlər “Barselona” ilə hallanır.
Didye Deşamın anası vəfat edib: Fransaya qayıdacaq Tramp DÇ-26 finalında - Kuboku o təqdim edəcək Ronaldo: “Sanki futbolu bitirmişdim” - Çətin həftədən danışdı Ronaldo yenə seçildi - Portuqaliya matçının ən yaxşısı oldu "Fənərbaxça"ya isveçli müdafiəçi: Danışıqlar başlayır