Atletikodan tarixi uğur

13.01.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

İspaniyanın “Atletiko” klubu La Liqanın 19-cu turunda "Osasuna"ya qalib gəlməklə (1:0) tarixi rekorda imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi bütün turnirlər nəzərə alınmaqla ardıcıl 14-cü qələbəsini qazanıb.

Bu, indiyədək paytaxt klubunun bacarmadığı bir nailiyyətdir. Bu qələbələrdən 8-i çempionat, 3-ü kubok, 3-ü Çempionlar Liqasına təsadüf edib.

Qeyd edək ki, "Atletiko" hazırda 44 xalla La Liqanın lideridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью