Atletikonun əsas futbolçusu klubu tərk edə bilər

22.04.2025

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Atletiko Madrid"in hücumçusu Anxel Korrea karyerasını başqa klubda davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes" portalına istinadən xəbər verir ki, "River Plate" və "Tigres" futbolçu ilə yaxından maraqlanırlar.

Meksika klubu artıq futbolçu ilə prinsipial razılığa gəlib, "River" də ilin ikinci yarısında onun geri qayıtması üzərində fəal işləyir.

Korrea bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 40 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью