“Atletiko”nun futbolçusu Messinin yanına gedir

17.07.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“İnter Mayami” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi “Atletiko”dan Rodriqo De Paulu transfer etməyə yaxındır. Bu barədə “TyC Sports” nəşri məlumat yayıb. Rodriqonun “İnter Mayami” ilə razılaşdığı və 4 illik müqavilə imzalayacağı bildirilir.

ABŞ klubunda Rodriqonun Argentina yığmasından komanda yoldaşı Lionel Messi çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью