Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Atletiko”nun hücumçusu Aleksander Sörlot karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Yuventus” norveçli futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Sky Sport” məlumat yayıb. Turin klubu yaxın zamanda Madrid təmsilçisi ilə danışıqlara başlayacaq.
30 yaşlı futbolçu başa çatan mövsümdə 54 oyunda 20 qol vurub.