“Atletiko”nun hücumçusu Meksika klubu ilə anlaşdı

19.06.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Madrid "Atletiko"sunun hücumçusu Anxel Korrea karyerasını "Tiqres"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

Mənbənin sözlərinə görə, sövdələşmə rəsmi şəkildə razılaşdırılıb. 30 yaşlı argentinalı Meksika klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Korrea 2024/25 mövsümündə ümumilikdə 46 matçda meydana çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı Argentina millisinin oyunçusunun dəyərini 10 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью