“Atletiko”nun hücumçusu ölkəsində çıxış edəcək

13.01.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Atletiko Madrid"inn hücumçusu Cakomo Raspadori A Seriyasında çıxış edəcək.

Apasport.az xəbər verir ki, "Atalanta" italiyalı forvardın keçidini həll edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar arasında razılıq əldə olunub.

"Atalanta" Raspadori üçün İspaniya klubuna 23 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu qarşıdakı günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Atletiko" Cakomo Raspadorini mövsümün əvvəlində "Napoli"dən 22 milyon avroya transfer edib. İtaliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Fənər”in daha bir futbolçusu “Kasımpaşa”ya keçə bilər "Tottenhem"in futbolçusu əməliyyat olunub İbrahimoviç "Ayaks" yolunda Kanselo rəsmən “Barselona”da Arbeloa “Real”la ilk məşqini keçirib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью