“Atletiko”nun məşhur ulduzu “Trabzonspor”a keçir

20.07.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

"Atletiko Madrid"in yarımmüdafiəçisi Saul Nikes "Trabzonspor"a keçir.

Axar.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.

Onun sözlərinə görə, Türkiyə klubu növbəti həftə yeni transferini açıqlayacaq.

Türkiyəli insayder Yağız Sabuncuoğlu isə bildirib ki, təcrübəli ispaniyalı futbolçu 4 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Nikes 2008-ci ildən etibarən "Atletiko"nun şərəfini qoruyur. Madrid təmsilçisinin heyətində o 6 titul qazanıb, o cümlədən La Liqa (1 dəfə), Avropa Liqası (2 dəfə) və UEFA Superkubokunu (1 dəfə) başı üzərində qaldırıb.

Nikes ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью