Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Atletiko Madrid”in 31 yaşlı müdafiəçisi Kleman Lanqle “Benfika”ya keçib.
İdman.Biz bu barədə “qartallar”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Lissabon klubu Lanqleni 2026/2027 mövsümü üçün “Atletiko Madrid”dən məcburi satın alma seçimi ilə icarəyə götürüb. Lanqlenin “Benfika” ilə müqaviləsi avtomatik olaraq daha iki mövsüm, 2029-cu ilin ortalarına qədər uzadılacaq.
Ötən mövsüm Lanqle 34 oyun keçirib və bir məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 4 milyon avrodur.
Fransalı futbolçu əvvəllər “Barselona”, “Nansi”, “Sevilya”, “Tottenhem” və “Aston Villa”da oynayıb.