Atletimiz Almaniyaya yollanır

23.01.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan atleti Yekaterina Sarıyeva beynəlxalq turnirdə iştirak edəcək. Sport24.az xəbər verir ki, idmançımız Almaniyanın Hemnits şəhərində təşkil olunacaq 26-cı beynəlxalq qış yarışında mübarizə aparacaq.

Sarıyeva ölkəmizi üçtəkanla tullanmada təmsil edəcək. Turnir yanvarın 25-də baş tutacaq.

Qeyd edək ki, yarış Dünya Atletikasının Çelenc səviyyəsinə daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью