Atletimiz dünya çempionatında çıxışını başa vurdu

21.09.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançı yarımmarafonda mübarizə aparıb.

A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.

Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью