Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin Birmingem şəhərində atletika üzrə Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva üç təkanla tullanma növündə mübarizə aparıb.
Atletimiz 13,91 metr nəticə göstərib. Bu göstərici Sariyevaya final mərhələsinə yüksəlməyə imkan verməsə də, o, Azərbaycan rekordunu yeniləyib.
Qeyd edək ki, əvvəlki ölkə rekordu da 13.89 metr nəticə ilə Yekaterina Sariyevaya məxsus idi.
Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq Atletlərimizdən beynəlxalq turnirdə iki medal - FOTO Atletlərimiz 35-ci Qusman Qosanov Memorialında qüvvəsini sınayacaqlar Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək Oloxan Musayev Tunis Qran-prisində gümüş medal qazanıb