Atletimiz Özbəkistanda gümüş medal qazanıb

09.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeniyetmə atletimiz İsa Əliyev Özbəkistanın Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” açıq turnirində iştirak edib.

İdman.biz xəbər verir ki, 73 kq çəkidə yarışan idmançımız birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək bu hərəkətdə yarışın gümüş medalını qazanıb.

Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью