Atletimiz Qazaxıstanda beynəlxalq turnirdə uğurlu çıxış edi

01.03.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Atletika Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

L.Vəliyevanın heyətində yer aldığı komanda 4x200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub.

Bundan əlavə, milli üzvü 400 metr məsafəyə qaçışda 55.78 saniyə nəticə ilə Azərbaycan rekordunu yeniləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью