Atletklərimizdən Rusiyada daha bir medal

20.11.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Rusiyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, idmançımız Şanxay Əməkdaşlıq Təşkilatının Açıq Kubokunda 75 kq çəki dərəcəsində mübarizə aparıb.

Qasım birdən qaldırma hərəkətində 135 kq, təkanla qaldırmada isə 166 kq nəticə göstərib. İki hərəkətin cəmində 301 kq ağırlığı ram edən təmsilçimiz yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, digər təmsilçimiz Fuad Həsənov da turnirdə 70 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Rahilə Hüseynzadə Avropa birinciliyini 3 medalla başa vurub Azərbaycanlı atletdən Avropa birinciliyində 3 medal Azərbaycanlı atletdən Avropa birinciliyində 3 medal Xüsusi olimpiyaçılardan ölkə kubokunda 2 qızıl medal Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью