Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan Atletika Milli Komandasının bir sıra üzvləri universitetlərə qəbul olunublar.
İdman.Biz xəbər verir ki, milli komandanın üzvləri Mehdi Abbaszadə, Şamxal Həsənzadə, Ramil İsmailov, Zaur Mahmudov və Safiya Kərimova Azərbaycan İdman Akademiyasının tələbələridilər.
Komandanın digər üzvlərindən olan Daniil Şuvayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Mədinə Hüseynzadə isə ADA Universitetini seçib.