Atletlərimizdən beynəlxalq turnirdə iki medal FOTO

01.07.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanın Çimkənd şəhərində atletika üzrə XXXV Qosanov Memorialına start verilib.

Apasport.az xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir.

İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən İlahə Quliyeva və Cabir Əliyev uğurlu çıxışla yadda qalıb. 400 metr məsafəyə qaçışda yarışan Quliyeva 55.18 saniyə nəticə ilə 2-ci yeri tutub. Uzunluğa tullanma növündə mübarizə aparan Cabir Əliyevin göstəricisi 7.38 metr olub.

Bu nəticə ilə atletimiz beynəlxalq turnirdə 14 iştirakçı arasında 3-cü olaraq bürünc medal qazanıb.

Atletika üzrə ölkə çempionatı keçiriləcək Yeniyetmə atletlər arasında ölkə birinciliyi keçirilib Atletimiz Azərbaycan rekordunu yeniləyib - FOTO XXIX beynəlxalq memorialda sonuncu yarış gününün nəticələri açıqlanıb Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib - FOTO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью