ATM lərdə olan barmaq izi nə işə yarayır? AÇIQLAMA

13.05.2025

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Azərbaycan Beynəlxalq Bankı”nın şəhərdə qurşadırılan yeni nəsil ATM-ləri çox funksianal olsa da, bəzi çətinliklər yaradıb. Sözügedən bank müştərilərindən olan Şahin İsgəndərli yeni ATM-lərdəki barmaq izi funksiyasının nə işə yaradığını sual edib. O bildirib ki, bu həm də bankın digər müştəriləri üçün də maraqlıdır.

Tribunainfo.az xəbər verir ki, ABB müştərinin sualını cavabsız qoymayıb və yeni ATM-lərdəki barmaq izi funksiyası ilə bağlı yaranmış suala aydınlıq gətirib:

“Yeni nəsil ATM-lərimizdəki barmaq izi — hər kəsə unikal olan və texnologiyada şəxsiyyətin identifikasiyası üçün istifadə olunan rəqəmsal imzadır. Hazırda ATM-lərimizdə bu funksionallıq aktiv olmasa da, gələcəkdə istifadəyə verilməsi planlaşdırılır. Çünki ABB daha sürətli və təhlükəsiz bankçılıq təcrübəsi təqdim etmək istəyir”.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью