ATMU da Rauf Denktaş Universitetinin nümayəndə heyəti ilə görüş oldu FOTOLAR

13.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Rauf Denktaş Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Rauf Denktaş Universitetini Baş katib Şahin Sancaktar, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Suğra Ələkbərova və universitetin Azərbaycan nümayəndəliyinin rəhbəri Təbriz Məhərrəmoğlu təmsil ediblər.

ATMU tərəfindən isə görüşdə Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova, eləcə də Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva iştirak ediblər.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın qurulması, tələbələrin Rauf Denktaş Universitetində təcrübə keçmək imkanları, müəllim mübadiləsi proqramlarının təşkili, birgə layihələrin icrası və gələcək tərəfdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью