Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib. Tədbirdə ölkənin müxtəlif universitetləri ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universiteti də öz stendi ilə abituriyentlərə təqdim olunur.
ATMU-nu sərgidə marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova təmsil edirlər.
Sərginin açılışında DİM-in Aparat rəhbəri Vəfadar Misirov çıxış edərək ali təhsil müəssisələrinə qəbul kampaniyası və ixtisas seçimi ərəfəsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Daha sonra iştirakçılar universitet stendləri ilə tanış olub, media nümayəndələrinin sualları cavablandırılıb.
ATMU nümayəndələri sərgiyə gələn abituriyentlərə universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil imkanları və tələbə həyatı barədə ətraflı məlumat veriblər. Universitetin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb, gələcək tələbələr onları maraqlandıran suallara birbaşa universitet əməkdaşlarından cavab almaq imkanı əldə ediblər.
Nümayəndələr universitetdə tədris olunan bakalavr və magistr ixtisasları, turizm, hotelçilik, menecment, marketinq, biznesin idarə edilməsi və digər istiqamətlər üzrə təhsil imkanları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, tələbələr üçün beynəlxalq əməkdaşlıq proqramları, mübadilə imkanları, təcrübə proqramları, müasir tədris infrastrukturu və məzunların məşğulluq perspektivləri təqdim olunub.
Qeyd edək ki, Ali Təhsil Müəssisələrinin sərgisi 29–31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçirilir.
Z.HÜSEYNOVA
XQ