ATMU nun rektoru xaricdə təhsil alacaq tələbələrlə görüşdü FOTO | Icma.az
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Turizm və menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov mübadilə proqramı çərçivəsində 1 semestr xaricdə (Avstriya, İspaniya və İtaliyada) təhsil alacaq tələbələrlə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.
Rektor bildirib ki, ATMU-da tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb.
O, burada gənclərin gələcəkdə karyera qurmaq imkanlarının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.
Tələbələrin xaricdə Azərbaycanın və ATMU-nun nümayəndəsi olduğunu bildirən rektor onlara ölkəmizi və oxuduqları ali təhsil müəssisəsini layiqincə təmsil etməyi tövsiyə edib.
Görüşdə iştirak edən ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Musa tələbələri uğurları münasibəti ilə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar.
Bildirlib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər.
Tam oxu
Xəbəri oxu