ATP “TikTok”da da təbliğ olunacaq

24.08.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) ilə “TikTok” sosial şəbəkəsi arasında müqavilə imzalanıb.

"Football-plus.az" xəbər verir ki, məqsəd tennis kontentini populyarlaşdırmaq və bu platformadan yararlananların həmin idman növünə marağını artırmaqdı.
ATP “TikTok”un yardımı ilə tennis həvəskarlarına bu idman növü ilə bağlı eksklüziv materiallar təqdim etmək niyyətindədi. Tərəfdaşlar həmçinin kanal sahiblərinə turnirlərdə və ATP-nin başqa tədbirlərində kontent yaratmaq imkanı verməyi planlaşdırır.
ESPN-in yaydığı məlumata görə, ATP reytinqində yer alan ilk 100 tennisçidən yalnız 20-si “TikTok”da təmsil olunub. Bu 20 tennisçidən bəziəri böyük auditoriyaya malikdi: ispaniyalı Karlos Alkarasın 1,1 milyon, serb Novak Cokoviçin 666 min, amerikalı Ben Şeltonun isə 448 min izləyicisi var. ATP-nin “TikTok”dakı hesabını 600 min adam izləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью