“Atra” şirkəti niyə cərimələnib?

23.11.2024

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

“Atra” MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkətlə bağlı müraciətə baxılıb.

Hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Məhkəmə Qorxmaz Hüseynovun şirkətini cərimələdi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью