“Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir Tural Əhmədov

26.12.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir". 
Bizim.Media xəbər verir ki, bu sözləri  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün 2025-ci ilin yekununa dair  brifinqində qeyd edib. 
"Attestatla qəbul mərkəzləşdirilmiş imtahanlarda uğurlu olmayan vətəndaşlar üçün təklifdir. Biz bu diplomların tanınıb-tanınmayacağını indidən müəyyən edə bilmərik. 
Tanınma üçün birinci şərt akkreditasiyadır. Ali təhsil müəssisəsi yerləşdiyi ölkədə akkreditasiyadan keçmiş olmalıdır.  
Bəzi ölkələrdə birgə tərəfdaşlıq çərçivəsində proqramlar  təklif olunur. Yekunda isə biz ümumiyyətlə onun universitet olaraq tanınmadığını görürük”. 
Tural Əhmədov əlavə edib ki, attestatla qəbul olan vətəndaşların taleyi sıxıntılı olur:
“Müraciətdə görünür ki, 4 il oxuyurlar ancaq imtahanlarda göstəriciləri zəif olur, onların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda da nəticələri zəif olur". 
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью