Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Moskvada "Arzular adası" əyləncə parkında insanlar, təxminən 10 metr hündürlükdə ilişib qalıblar.
Bakupost.az xəbər verir ki, bu barədə Vesti.ru məlumat yayıb.
Zərərçəkənlərdən birinin verdiyi məlumata görə, “Hava Qatarı” attraksionu başladıqdan bir müddət sonra qəfil dayanıb. İyirmiyə yaxın ziyarətçi yarım saata yaxın havada asılı qalıb.
Havada qalanların əksəriyyəti uşaq olub.
Parkın əməkdaşları zərərçəkənlərə kömək etməyə çalışıblar.
BakuPost.az