Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Texnologiya Universitetində giriş-çıxış sistemi dəyişir. Artıq əməkdaş və tələbələrin universitetə daxil olması üçün turniket kartlarından istifadə olunmayacaq.
Yeni sistemdə giriş-çıxış biometrik üz tanıma texnologiyası ilə həyata keçiriləcək. Yəni universitetə daxil olmaq üçün kartı oxutmağa ehtiyac qalmayacaq – sistem şəxsi üzü tanıyaraq girişə icazə verəcək.
Universitet rəhbərliyinin sözlərinə görə, yeni texnologiya giriş-çıxışı daha sürətli və rahat etməklə yanaşı, təhlükəsizliyin artırılmasına və idarəetmənin rəqəmsallaşdırılmasına da imkan verəcək.
Bu yenilik ATU-da rəqəmsal texnologiyaların tətbiqi istiqamətində atılan addımlardan biridir.
Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri
Gəncə