ATU dan AZƏRİ MED ə 1,2 milyonluq sifariş

02.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tibbi ləvazimatların, o cümlədən diaqnostik və guiding kateterlərin, guide wire, PTCA balonlarının və digər zəruri materialların təchizatı üzrə keçirdiyi satınalma prosedurunu yekunlaşdırıb.

“Yeni Sabah” xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, qalib adını “AZƏRİ MED” MMC qazanıb. Şirkət sözügedən malların tədarükü üçün 1 milyon 238 min 41 manat 25 qəpiklik təklif irəli sürüb. Qeyd edək ki, satınalmanın ilkin ehtimal olunan dəyəri 1 milyon 400 min 743 manat 14 qəpik təşkil edirdi. Beləliklə, qalib şirkətin təklifi gözlənilən qiymətdən 162 min 701 manat 89 qəpik (11,6%) aşağı olub.

Məlumat üçün bildirək ki, 2004-cü ilin iyul ayında dövlət qeydiyyatına alınan “AZƏRİ MED” MMC-nin nizamnamə kapitalı 14 milyon 187 min 360 manatdır və qanuni təmsilçisi Famil Rəhimlidir. Şirkət ölkədə fəaliyyət göstərən xəstəxana və aptekləri dərman vasitələri, qida əlavələri, tibbi avadanlıq və sərf materialları ilə təmin edir. Pepperoni pizza


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью