ATU ilə “Mingəçevir Tekstil” arasında memorandum imzalanıb

27.11.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Mingəçevir Tekstil” MMC arasında Anlaşma Memorandumu imzalanıb.

Universitetdən verilən məlumata görə, memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovla “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov imzalayıb.

İmzalanma mərasimindən sonra ATU-nun nümayəndələri “Mingəçevir Tekstil” ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью