ATU nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ

31.08.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris İdman Kompleksində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, Bunun üçün 486 min 160 manat vəsait ayrılıb.

Layihə çərçivəsində kompleksin sanitar qovşaqları və dam örtüyü yenilənəcək.

Təmir işlərinin həyata keçirilməsi nəticəsində ATU-nun Tədris İdman Kompleksinin sanitar şəraitinin və ümumi infrastrukturunun yaxşılaşdırılması, tələbə və əməkdaşlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılması gözlənilir. Layihə həmçinin binanın uzunmüddətli istifadəyə yararlılığının artırılmasına xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью