ATUda İqlim dəyişikliyi və sağlamlıq fənninin tədrisinə başlanılıb Nazir

18.11.2024

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Tibb Universitetində (ATU) 2024/25-ci tədris ilindən etibarən ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənni tədris olunur.

Adalet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev COP29-un səkkizinci günü çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bununla da təhsil müəssisəsi səhiyyə işçilərinin iqlim dəyişikliyi məsələsində maarifləndirilməsinə töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью