ATV nin həyətində “saçyoldu”: “Əsəbimdən ağlayıram”

22.05.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında yenidən gərginlik yaşanıb.

News24.az olay-a istinadla xəbər verir ki, buna səbəb “Rəngarəng”də Vəfanın danışığı olub.

Şərifova ərinin keçmişdə Şəbnəmə mahnı hədiyyə etdiyini iddia edib. Bundan sonra canlı yayıma telefonla qoşulan Şəbnəm bildirib:

“Böyük bir səhv etdin, Allahdan qorx! O mahnını 300 dollara halal qazancımla almışam. Əsəbimdən ağlayıram. Mən indi ATV-nin həyətinə gəlirəm, çıxanda onunla görüşəcəyəm.

Ərim alıb nə deməkdir? Efirdə nəyi sübut etmək istəyirsən, Vəfa? Niyə bu qədər ilanlıq edirsən? Dərdin nədir? İndi ərim, balalarım var. Niyə deyirsən O vaxt o mahnını məndən istədin, dedim, halal xoşun olsun. Bu, efir söhbəti deyil. Ayıbdır!” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью