Audi beşsilindrli mühərriklə vidalaşır | Icma.az
Avtosfer saytına istinadən Icma.az xəbər verir. "Audi" şirkəti təxminən yarım əsr tətbiq etdiyi beşsilindrli mühərriklə vidalaşır.
Avtosfer.az xəbər verir ki, bu mühərriklə hazırda RS3 modeli komplektləşdirilir. Sözügedən modelin istehsalı 2027-ci ildə daytandırılacaq.
Bu da Avro-7 ekoloji normalarının qüvvəyə minməsi ilə üst-üstə düşür.
Bununla belə, Audi istehsalın dayandırılmasının ekoloji tələblərlə əlaqələndirilməsinin əsassız olduğu barədə məlumat yayıb.
Bildirilir ki, mühərriki yeni ekoloji normalara uyğunlaşdırmaq mümkündür, lakin rentabelsizdir.
2027-ci ildən sonrakı modellər dördsilindrli mühəriklə təchiz ediləcək.
Qeyd edək ki, Audi beşsilindrli mühərriki ilk dəfə 1976-cı ildə 100 C2 modelində tətbiq edib.
Ümumilikdə avtomobil sənayesində beşsilindrli mühərrik geniş yayılmayıb.
Tam oxu
Xəbəri oxu