Audi çinlilərlə danışıqdan imtina etdi

16.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Audinin Brüsseldəki zavodunun taleyi artıq məlumdur. Yaxın həftələrdə zavod tarixə qovuşacaq. 

Avtosfer.az xəbər verir ki, zavod rəhbərliyi investor tapmaq üçün danışıqlar aparır. Maraqlıdır ki, çinlilər zavoda ciddi maraq göstərirlər. Bununla belə, zavod  çinli investorları ərazidə görmək istəmir.

Belçika mətbuatının məlumatına görə, bu günlərdə 7 nəfərlik Çin nümayəndə heyəti danışıqlar üçün zavoda baş çəkib. Maraqlı budur ki, nümayəndələri zavodun aşağı vəzifəli şəxsləri qəbul edib. Onların rəhbərliklə görüş cəhdi alınmayıb. 
Qeyri-rəsmi məlumata görə çinlilər zavoda ciddi investisiya qoyaraq mövcud modellərin istehsalını davaç etdirmək istəyiblər. Rəhbərlik isə buna razı deyil.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью