Audi də ABŞ bazarından geri çəkildi

10.04.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alman avtomobil istehsalçısı "Audi" ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi əlavə 25% avtomobil idxal rüsumları səbəbindən ABŞ-a avtomobil göndərişlərini müvəqqəti olaraq dayandırıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, şirkət 2 aprel 2025 tarixindən sonra ABŞ limanlarına gələn bütün avtomobillərin hazırda saxlanıldığını və dilerlərə çatdırılmadığını bildirib.

"Audi"nin ABŞ-da ən çox satılan modeli olan "Q5" Meksikada istehsal olunur. Digər modellər isə Almaniya, Macarıstan və Slovakiyadakı zavodlardan göndərilir. Bu səbəbdən şirkət ABŞ-a avtomobil göndərməyə çətinlik çəkir.Hazırda şirkətin ABŞ-da təxminən 37,000 avtomobil ehtiyatı olduğu və bunun iki aylıq satışları əhatə etdiyi qeyd edilir.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью