Audi məşhur A8 modelinin istehsalını dayandırdı 32 ildən sonra

17.11.2026

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Audi” şirkəti heç bir rəsmi açıqlama vermədən və sakit şəkildə flaqman sedanı A8-in istehsalını dayandırıb.

Modelin son avtomobilləri oktyabrın ortalarında konveyerdən çıxıb. Bununla belə, markanın vətəni olan Almaniyada A8 üçün sifarişlərin qəbulu hələ 2026-cı ilin fevralında dayandırılmışdı.

“Audi A8”in istehsal olunduğu Nekkarzulm şəhərindəki zavod artıq yalnız “Audi A5” sedan və universal modellərinin istehsalı hesabına fəaliyyətini davam etdirir. A8 modeli şirkətin bu müəssisəsində 32 il ərzində istehsal olunub.

Yaxın vaxtlarda Nekkarzulmdakı zavodun da bağlanması mümkündür.

Avropadan kənarda iri və premium sinif “Audi” avtomobillərinin istehsalının davam etdirilib-etdirilməyəcəyi məsələsi isə Volkswagen AG konserninin özündə belə qeyri-müəyyəndir. Bu, Avropa avtomobil mediasında yayılan nikbin məlumatlara baxmayaraq belədir.

Drom.ru-nun məlumatına görə, “Audi A8” 1980-ci illərdə “Audi” şirkətində rəhbər vəzifələr tutmuş, “Volkswagen”in qurucusu və sahibi Ferdinand Porşenin varisi sənayeçi Ferdinand Piexin çoxsaylı iddialı layihələrindən biri olub.

1994-cü ildə təqdim edilən A8 modeli dünyada tamamilə alüminiumdan hazırlanmış daşıyıcı kuzov konstruksiyasına malik ilk kütləvi istehsal avtomobili olub.

Sonrakı illərdə model üç dəfə nəsil dəyişib. 2017–2026-cı illərdə istehsal olunan D5 nəsli A8-in dördüncü nəslidir.

Nadir

AzPost.az

Post navigation

Previous: ABŞ və Ukrayna Berlində təhlükəsizlik zəmanətlərini müzakirə edəcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью